AZ

Avroliqanın rəmzi komandası açıqlandı

Tanınmış “Basket News” idman portalı Avroliqanın oyunçuları arasında sorğu keçirərək, rəmzi komandanın heyətini müəyyənləşdirib.

Sorğunun nəticələrinə görə, ilk beşliyə aşağıdakı basketbolçular daxil ediliblər:

“Monako”nun pleymeykeri Mayk Ceyms – 92% səs

“Panatinaikos”un mərkəz basketbolçusu Matias Lessor – 76% səs

Madrid “Real”ının pleymeykeri Fakundo Kampazzo – 60% səs

“Makkabi” Tel-Əvivin pleymeykeri Veyd Bolduin – 48% səs

“Fənərbağça”nın  forvardı Naycel Hayes – 40% səs

Xatırladaq ki, Mayk Ceyms 2022-ci ildə də Avroliqanın rəmzi komandasında yer almışdı. Bundan əlavə, o, 2019 və 2023-cü illərdə iki dəfə ikinci “All-Star” komandaya seçilib. 2019-2021-ci illərdə Ceyms SSKA-da oynayıb, 2021-ci ilin payızında isə Rusiya komandası ilə müqaviləsini ləğv edərək “Monako” ilə anlaşıb.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla