AZ

Ukraqyna Rusiyanın dəmir yolu infrastrukturunui hədəfə alıb

Ukrayna Silahlı Qüvvələri dronlarla Rusiyanın dəmir yolu infrastrukturuna hücuma başlayıb. Cəmi bir gecədə Oryol və Kursk vilayətlərində dartma və transformator yarımstansiyalarına hücum edildi.

Herbiand.az xəbər verir ki, bu barəıdə “Baza” teleqram kanalı yazır.

“Saat 23:00 radələrində pilotsuz təyyarələr Kursk vilayətində Ponıri və Svoboda stansiyalarının yaxınlığında yerləşən dartma yarımstansiyalarına hücum edib. 15 dəqiqədən sonra Oryol vilayətinin Zmiyevka-Qlazunovka hissəsində yerləşən dartma yarımstansiyalarına hücum edilib. Eyni ərazidə transformator yarımstansiyalarına da hücum edilib. Nəticədə “Zmiyevka” və “Qlazunovua” stansiyalarında elektrik enerjisinin verilişində qəza baş verib. Nəticədə Moskvadan (Belqorod və Lqov) hərəkət edən iki qatar gecikib”.

Bu gecə Oryol qubernatoru Andrey Klıçkov bölgənin növbəti dəfə düşmən PUA-larının hücumuna məruz qaldığını bildirib. Onların zərərsizləşdirilməsi zamanı Qlazunovski və Sverdlovski rayonlarının enerji infrastrukturu obyektləri zədələnib ki, bu da bir sıra ev təsərrüfatlarının enerji təchizatının qismən pozulmasına səbəb olub.

Herbiand.az

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla