AZ

Türkiyə mətbuatı: 2 may 2024

''Star'': Rəcəb Tayyib Ərdoğan Beynəlxalq  Əmək Günü münasibətilə paylaşım etdi
Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan 1 May Beynəlxalq Əmək Günü münasibətilə rəsmi internet səhifəsində paylaşım edib.
Paylaşımında zəhmətkeşlərə müraciət edən Rəcəb Tayyib Ərdoğan deyib: "Ölkəmizdə və bütün dünyada qeyd olunan 1 May Beynəlxalq Əmək Günü münasibətilə bütün zəhmətkeçləri təbrik edirəm. Bütün zəhmətkeş qardaşlarımı səmimi-qəlbdən salamlayıram''.

''Hürriyet'': Xarici işlər naziri Hakan Fidan deyib: ''İsrailə qarşı qaldırılan  soyqırım iddiasına qatılmaq qərarına gəldik

Xarici işlər naziri Hakan Fidan dünən paytaxt Ankarada İndoneziya xarici işlər naziri Marsudi ilə birgə mətbuat konfransında açıqlamalar verib. Hakan Fidan deyib: ''İlk dəfə burada elan etmək istəyirəm. Biz Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdırılan soyqırım iddiasına qatılmaq qərarına gəldik.

''Vatan'': Cevdet Yılmaz Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb

Türkiyənin vitse-prezident Cevdet Yılmaz rəsmi görüşlər keçirmək üçün gsəfər etdiyi  Özbəkistanda prezident Şavkat Mirziyoyev ilə görüşüb. Vitse-prezident Yılmaz deyib: "Dildə, düşüncədə və işdə birlik" şüarı ilə ortaq tarixi və mədəni əlaqələrimiz çərçivəsində Özbəkistanla mövcud dostluğumuzu və qardaşlığımızı möhkəmləndirməyə davam edəcəyik" 

''Sabah'': Alparslan Bayraktardan müjdəli xəbər

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin enerji müstəqilliyi hədəfi ilə bağlı çox önəmli  və müjdəli xəbər verdi.
Nazir Alparslan  Bayraktar deyib: "İyun ayında Sakarya təbii qaz yatağında neft quyusu qazacağıq. Sinop, Trabzon və Rizə sahillərində də yerləri təyin etdik".

''Haber Türk'': Kruiz gəmiləri ilə gələn sərnişinlərin sayı 79 faizdən çox artıb

Türkiyəyə gələn, Türkiyədən başqa ölkələrə gedən sərnişinlər və tranzit sərnişinlər də daxil olmaqla kruiz gəmisi ilə ölkəyə gələn sərnişinlərinin sayı bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 79,15 faiz artaraq 61 113-ə çatıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
14
Mənbələr
Şərh ()
Bağla