AZ

“Boeing” təyyarəsində nasazlıqla bağlı ikinci məlumat verən şəxs QƏFLƏTƏN ÖLDÜ

Boeing-in qüsurları ilə bağlı ikinci məlumat verən şəxs ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Seattle Times”.məlumat yayıb.

Bildiriliri ki, “Boeing” təyyarəsində nasazlıq hadisəsi ilə bağlı ikinci məlumat verən şəxs qəflətən dünyasını dəyişib.

Keçmiş keyfiyyət auditoru Coşua Din “gözlənilməz, tez başlayan infeksiyadan” sonra ölüb.

“45 yaşlı kişi sağlam həyat tərzi keçirirdi və heç nədən şikayət etməyib”, – nəşr yazıb.

Bundan əvvəl “Boeing” əleyhinə ifadə verən mühəndis Con Barnet də təxminən eyni şəkildə ölüb.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq