AZ

Azərbaycan sülh gündəliyinə sadiqdir- ÖZƏL

"Azərbaycan regionda təhlükəzislik və əminamanlığın təmin edilməsi məqsədilə sülh danışıqlarını irəli aparmaqdan ötrü əlindən gələni edir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Qalib ölkəmizin Qalib Lideri İlham Əliyev "15-ci Petersburq İqlim Dialoqu"nda çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də toxunaraq vurğulayıb ki, Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək. Ermənistanla sülh müqaviləsinin imzalanmasına daha yaxın olduğumuzu, Almaniyada keçirilmiş xarici işlər nazirlərinin rəhbərlərinin görüşünün bu prosesə töhfə verdiyini, 4 kəndimizin qaytarılmasını, sərhədlərin delimitasiyası prosesinə start verildiyini və Qazaxıstanda yenidən görüşərək sülh müqaviləsi layihəsinin müzakirə ediləcəyini diqqətə çatdıran Prezident cənab İlham Əliyev ölkəmizin sülh gündəliyinə sadiq olduğunu bildirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
Mənbələr
Şərh ()
Bağla