AZ

İƏT ölkələri ilə birgə layihələr həyata keçirilməlidir - Kənan Qasımov

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə birgəlayihələrin həyata keçirilməsi vacibdir.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyininaparat rəhbəri Kənan Qasımov Bakıda keçirilən İƏT-ə üzv ölkələrinturoperatorlarının 1-ci forumunda deyib.

Onun sözlərinə görə, birgə əməkdaşlıq bu sahədə fəaliyyətə mühümtöhfə olacaq.

"Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanda turizmsahəsinin inkişafı istiqamətində mühüm işlər görülür. Biz ölkəmizdəbu sektorda çalışan müəssisələri dəstəkləyirik. Azərbaycan artıqbir sıra ölkələrin vətəndaşları üçün sevimli turizm istiqamətinəçevrilir. Ümid edirəm ki, İƏT-ə üzv ölkələrlə birgə buna nailolacağıq", - deyə o bildirib.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki vəmədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran,Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regionaltəşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan,Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanında daxil olması ilə daha da genişlənib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla