AZ

Aparat rəhbəri: İƏT-ə üzv olan ölkələr turizmin inkişafı ilə əlaqədar birgə layihə hazırlayıblar

Aparat

Bakı, 2 may, AZƏRTAC

Turizm yalnız biznes xarakteri daşımır, həmçinin xalqların bir-birini yaxından tanımasına köməklik edir, dövlətlər arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün böyük stimul yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Bakıda keçirilən “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nda deyib.

O bildirib ki, bu gün tədbirdə 27 turizm operatoru iştirak edir.

“Ölkələrin tanıdılması, turizm potensialının ortaya çıxarılması, təşviqi, reklam işləri turizm sahəsinin böyüməsi üçün əsas amillərdir. İƏT-ə üzv olan ölkələr turizmin inkişafı ilə əlaqədar birgə layihə hazırlayıblar. Bu layihələrlə ölkələrin turizm potensialının qarşılıqlı tanıdılması, təşviqi və təbliği həyata keçiriləcək. Təşkilata üzv olan 10 dövlətin geniş turizm potensialı var və bundan istifadə edib daha çox turist cəlb etmək olar. Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir və turizm sahəsinin inkişafına qayğı ilə yanaşır. Bu gün keçiriləcək diskussiyalarda turizm sahəsinə qarşılıqlı sərmayə yatırılması məsələləri də müzakirə olunacaq”, - deyən K. Qasımov turizm operatorlarının geniş tərkibli görüşlərinin əhəmiyyətli olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla