AZ

Əməkdar artist ilk qazancını AÇIQLADI – FOTO

“İlk dəfə toya 12 yaşımda getmişəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Sahib İbrahimov efirdə deyib.

Sənətçi illər öncə müəlliminin təkidi ilə el şənliyinə getdiyini deyib və ilk qazancının məbləğini açıqlayıb:

“Qazaxda musiqi məktəbində oxuyurdum, 12 yaşım var idi. Müəllimim dedi ki, gəl səni qoşa nağara ifaçısı kimi toya aparım. Dedim, özbaşına qərar verə bilmərəm, atama deyim sonra. Evə gəlib, atama dedim ki, səni məktəbə çağırırlar.

Dedi, yenə şuluqluq etmisən? Dedim, yox, müəllimim səninlə danışmaq istəyir. Atam gəlib müəlilmlə danışdı. Mahir müəllim atama dedi ki, Sahibin gözəl səsi var, icazə versəydin, onu özümlə toya aparardım. Onu da dedi ki, narahat olma, özüm gətirib uşağını sənə təhvil verəcəyəm. Atam razılıq verdi və ilk dəfə olaraq 12 yaşımda toya getdim.

Həmin toydan o vaxtın pulu ilə 10 manat qazancım oldu. Bir dəfə toyda çaldığım o qoşa nağaranı sonradan pulla yiyəsindən aldım və bu gün də evimdə saxlayıram”.

Nehru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla