AZ

Naxçıvanda tibb müəssisələrinin 2024-cü ilin birinci rübünün fəaliyyətinə dair hesabatları dinlənilib

Naxçıvan Muxtar Respublikası səhiyyə muxtar respublika üzrə tibb müəssisələrinin 2024-cü ilin birinci rübünün fəaliyyətinə dair hesabatları dinlənilib.

 

Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən xəbərə görə, hesabatlarda tibbi xidmətin təşkili, idarəetmə, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, layihələr, kadr məsələləri, kargüzarlıq, hüquqi tənzimləmə, təchizat, maliyyə və digər mövzular barədə 3 ay ərzində həyata keçirilən işlərə dair məruzələr dinlənilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov səmərəli fəaliyyət nəticəsində qazanılmış uğurların davam etdirilməsinin zəruriliyini nəzərə çatdırıb,ayrı-ayrı istiqamətlər üzrə nəzərdə tutulan perspektiv məsələlər və qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, müvafiq tapşırıq və tövsiyyələrini verib.

 

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla