AZ

Ekspert Lusi Qarner: Gənclərin fikirlərini dinləyib, dəyərləndirməliyik

Ekspert

Bakı, 2 may, AZƏRTAC

Dünyada turizm və sülh quruculuğu arasındakı əlaqələr daha yaxşı anlaşılmalıdır. Hər kəs sülh şəraitində yaşamağı bacarmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu turizmdə gənclər və istedadların inkişafı üzrə ekspert Lusi Qarner VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiyasında çıxışında bildirib.

Gənclərin həyata keçirilən yeni layihələrdə fəal olmağının vacibliyini diqqətə çatdıran ekspert deyib: “Dünyada təxminən 1,8 milyard gənc var. Onlar son zamanlarda ciddi çağırışlarla üzləşirlər. Gənclər öz həyatlarını idarə etməyə çalışırlar və bu, yaxşı göstəricidir. Onların fikirlərini dinləyib, dəyərləndirməliyik. Düşünürəm ki, mədəniyyatlərarası dialoq da buna böyük təsir göstərəcək. Məqsədimiz müxtəlif dini və mədəniyyəti olan gənclərin ünsiyyətinə şərait yaratmaq olmalıdır. Bunun üçün birgə layihələr həyata keçirilməsi əsas şərtdir”.

 

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla