AZ

Ordubad şəhər tam orta internat məktəbinin komandası ölkə üzrə üçüncü olub

Ordubad

Naxçıvan, 2 may, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planı əsasında təşkil olunan “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi yekunlaşıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ümumilikdə üç mərhələli yarışlarda 38 sərhədyanı və digər rayonların 187 məktəbinin 875 şagirdi iştirak edib.

“Sərhəd” hərbi-idman oyununun rayon mərhələsində muxtar respublikanın sərhədyanı tam orta məktəblərini əhatə edən 20 komanda iştirak edib, onlardan 7-si zona mərhələsinə vəsiqə qazanıb. Zona mərhələsində isə Ordubad şəhər tam orta internat məktəbinin komandası qalib kimi final mərhələsində muxtar respublikanı təmsil edib. Final mərhələsinin yekunlarına əsasən Ordubad şəhər tam orta internat məktəbinin “Ümid” komandası üçüncü yerin qalibi olub.

 

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla