AZ

Apreldə respublika üzrə 50 aptekdə yoxlama aparılıb

Apreldə

Bakı, 2 may, AZƏRTAC

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, 2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla ümumilikdə 50 aptekdə yoxlama aparılıb.

Aparılan yoxlamalar nəticəsində 7 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Seçilən
64
14
Mənbələr
Şərh ()
Bağla