AZ

Çin Qırğızıstanda avtomobil zavodu açacaq

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanla Çin arasında maşınqayırma sahəsində əlaqələr güclənir. Qırğızıstanın Narın vilayətində “Qırğızıstan Poçtası” ASC, Narın AİZ və “Kaşqar” AİZ arasında əməkdaşlıq nəticəsində yaradılan “İki ölkə, iki zona” təşəbbüsü çərçivəsində avtomobil yığımı zavodu açılacaq.

Hafta.az-ın yazdığına görə, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, zavodun işə salınması mərhələsində Qırğız Respublikası Prezidentinin Narın vilayəti üzrə səlahiyyətli nümayəndəsi Çinin Jiabo texnologiya şirkəti və “Qırğızıstan Poçtası” ASC arasında üçtərəfli memorandum imzalanıb.

Zavodun açılışı ilə bağlı danışıqlardan sonra “Jiabo” şirkətinin baş direktoru Huanq Yonqçi başda olmaqla çinli investorlar zavodun tikintisi üçün torpaq sahələrini nəzərdən keçiriblər.

Tikinti başa çatdıqdan sonra müxtəlif növ avtomobillərin, o cümlədən benzin, elektrik və qaz mühərrikli nəqliyyat vasitələrinin istehsalına başlanılacaq. Zavodda minədək insanın işlə təmin olunacağı gözlənilir.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla