AZ

Rza Talibi: İslam Respublikasının ölkə daxilində Qəzza üzrə yürütdüyü propaqanda nəticə vermədi

Jurnalist və siyasi şərhçi Rza Talibi Amerikanın Səsi ilə söhbətində İslam Respublikası və İsrail arasında yaşanan son gərginliklərin İrandakı daxili nəticələri və ictimai rəyə təsirini dəyərləndrib. Rza Talibi İran İslam Respublikasının bölgədə yaşanan müharibələrə müstəqim və ya qeyri-müstəqim şəkildə daxil olmaqla mürəkkəb bir xarici siyasət yürütdüyünü önə çəkir.

nun sözlərinə görə, “İranın şəraitinə baxanda, içəridə bir böhran var, gərginlik var. Bundan əlavə İran müqavim mehvəri adlandırdığı qruplar ilə həm Qəzza savaşında qeyri-müstəqim olaraq daxildir, həm də Ukraynaya qarşı Rusiya ilə eyni cəbhədə durduğu üçün qarmaşıq bir siyasət yürüdür.”

Talibi hesab edir ki, İslam Respublikası aprelin 13-də İsrailə pilotsuz təyyarələr və raketlərlə hücumu ilə eyni zamanda ölkə daxilinə də mesaj vermək istəyirdi:

“İran ilə İsrail illərdir qeyri-müstəqim şəkildə savaş içərisindədirlər. Yəni, Hizbullah vasitəsi ilə olsun Həmas və ya Husilər olsun. Amma, birbaşa İran torpağından İsrailə hücum olunmasına baxanda, əsas məsələ həm də bu idi ki, daxilə bir mesaj verilsin. Çünki, daxildəki daha radikal qrupların da israrı bu idi ki, İsrailə cavab verilməsə İsrail dənə dənə Sepah komandanlarını vuracaq və bizim zəifliyimizi göstərəcək.”

Onun sözlərinə görə, İslam Respublikası Qəzzada baş verənlərdən dolayı yaxşı bir propaqanda fürsəti əldə etmişdi, lakin istədiyi nəticəyə çata bilmədi.

“İslam Cümhuriyyəti uzun zamandır İsrailın məhv olmasından danışır. Xüsusilə Qəzzada olan insani vəziyyətlə bərabər İslam Cümhuriyyətinə böyük fürsət idi ki, bunu propaqanda şəklində istifadə etsin, yəni duyğu sömürüsü edərək içəridə Qəzza üzərindən bir birlik yaratsın. Ancaq, bu yaranmadı. İnsanlar Qəzza məsələsinə insani olaraq baxdıqları zaman, İranın orada müdaxilə etməsini də tənqid edirlər,” deyə, siyasi şərhçi bildirib.

Bəzi iranlı siyasi ekspertlərin fikrincə, İslam Respublikasının İsrailə raket hücumunda məqsədlərindən biri də öz daxili tərəfdarlarının sıralarını birləşdirmək idi.

Rza Talibinin sözlərinə görə, “dəqiq deyə bilmərik ki, İslam Respublikası Sepah və digər radikal qruplar və ya hakimiyyətə yaxın kəsimlər arasında istədiyi nəticəni əldə etdi ya yox. Amma, İslam Cümhuriyyətinin anti-İsrail propaqandasının yorğunluğunu hiss edirik. Bir yandan da, 40 ildən artıqdır ki, bu siyasətin xalqa həm mənəvi həm maddi şəkildə verdiyi zərər, bir baxışla insanları İsrailə yaxınlaşdırıb. Ona görə də, xalqın İsrailin yanında durduğu də görünür. Ancaq, bu bir taktiki məsələdir. Yəni, İsrailin İslam Cümhuriyyətinə qarşı olduğu üçün ‘düşmənim düşməni dostumdur’ deyirlər.”

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla