AZ

''Pəncə-Kilid'' əməliyyatı bölgəsində bir hərbçi şəhid olub

''Pəncə-Kilid'' əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində bir hərbçi şəhid olub.
Bu barədə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Nazirlikdən verilən məlumatda deyilir: ''Pəncə-Kilid əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində bir hərbçi şəhid olub. Bizi kədərləndirən bu hadisə nəticəsində şəhid olan hərbçimizə Allahdan rəhmət, ailəsin, Türkiyə Silahlı Qüvvələrinə və xalqımıza dərin hüznlə başsağlığı veririk''.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da şəhid olan hərbçi ilə əlaqədar rəsmi internet səhifəsində paylaşım edib.
Numan Kurtulmuş paylaşımında bu ifadələrə yer verib: ''Pəncə-Kilid əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində şəhid olan hərbçimizə Allahdan rəhmət, ailəsinə və xalqımıza dərin hüznlə başsağlığı verirəm''.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla