AZ

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

Azərbaycan millisinin sabiq futbolçusu Ali Gökdəmir komandanın hazırkı durumuna qiymət verib. 32 yaşlı keçmiş müdafiəçi futbolinfo.az saytına açıqlamasında yığmamızın zəif çıxış etdiyini etiraf edib.

O, hətta bunun səbəbini də açıqlayıb: “Vaxtilə formasını geyindiyim Azərbaycan millisinin uğursuz nəticələr göstərməsinin əsas səbəbini zəif futbol məktəbində görürəm. Yığmada az sayda yüksək səviyyəli futbolçu var. Ancaq son vaxtlar bu baxımdan irəliləyiş hiss edirəm. Çünki yığmanın bir neçə üzvü ölkə xaricində legioner həyatı yaşayır. Fikrimcə, bunun müsbət təsiri olacaq”.

Gökdemirin fikrincə, Azərbaycan futbolu ilə “Qarabağ”ın avrokuboklardakı uğurunu eyni tutmaq olmaz: “Qurban Qurbanovun Azərbaycan futbolu üçün gördüyü işlər göz önündədir. Onun təvazökar komandası başından yuxarı tullanır. Ancaq bunu yerli oyunçuların sayəsində deyil, məşqçilər korpusunun işi və güclü legionerlərin hesabına bacarır. Yəni “Qarabağ”ın avrokuboklardakı uğurlu nəticələri Azərbaycan yığmasının böyük turnirlərə adlaması üçün kifayət deyil”.

Qeyd edək ki, Ali Gökdemir 2012-2013-cü illərdə Azərbaycan millisinin heyətində 9 oyun keçirib.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla