AZ

Bakıdan Amerikaya köçməyin asan yolları hansılardır? - AĞILASIĞMAZ FAKTLAR - VİDEO

Bakıdan Amerikaya köçməyin asan yolları hansılardır? - AĞILASIĞMAZ FAKTLAR - VİDEO

Fürsətlər və arzular ölkəsi kimi tanıdılan ABŞ-yə getmək istəyən azərbaycanlıların sayı az deyil. Hər kəs bu ölkəyə rəsmi qayda da gedə bilmir. Bu zaman isə qaçaq yola üz tutulur. İddia edilir ki, qaçaq yolla insanların ABŞ-yə aparılması ilə məşğul olan şəxslər bunu minlərlə dollar müqabilində həyata keçirir. Qanunsuz miqrasiyanın qarşısının alınması üçün Meksikada aktiv tərəf kimi göstərməyə çalışır. Belə ki, axının daha çox Türkiyə üzərindən olduğunu bildirən rəsmi Mexiko hətta bəzən kiçik Asiyadan gələn təyyarələrin, çox vaxt isə sərnişinlərin ölkə ərazisinə girişinə icazə vermir. Araşdırmalar göstərir ki, Amerikaya gedən miqrantlar arasında azərbaycanlıların sayı az olmayıb.

Sonxeber.az xəbər verir ki, sözügedən azərbaycanlı miqrantlardan biri ola Rauf Vəlizadə "Apa TV"yə açıqlama verib. O bildirib ki, ABŞ-yə miqrant kimi getmək çox təhlükəlidir. Çünki miqrantlar bəzən Amerikaya gedib çıxa bilmir:

"Meksikadan Amerikaya qaçaq yolla gəlmək çox təhlükəlidir. Çünki Latın Amerikası ölkələrində kriminal vəziyyət yaxşı deyil. Həm də bu yolla Amerikaya çatmaqda 100 faiz deyil. Yolda saxlayıb adamı geri qaytara bilərlər. Çatanda isə polis saxlaya bilər. Sonra isə prosedur başlayır".

Mütəxəssislər tövsiyə edir ki, ABŞ-yə getmək istəyənlər bunu yalnız rəsmi qaydada etsinlər.

Ətraflı Apa TV-nin süjetində:

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla