AZ

“Tələbələri görünüşünə görə məhdudlaşdıra bilmərik”

Son günlər univeritetlərdə tələbələrin saqqalla dərsə buraxılmaması halları gündəmə gəlir. Bu isə tələbələr arasında bir qədər narazılığa səbəb olur.

 

Bəs, görəsən, xarici görünüşünə görə tələbələrə qadağaların qoyulmasına ehtiyac varmı?

 

Mövzu ilə bağlı təhsil eksperti, jurnalist Məzahir Məmmədli AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, rəsmi qərar olmadan heç kim tələbənin geyiminə məhdudiyyət qoya bilməz:

 

“Bu məsələ dəfələrlə Azərbaycan mediasında, eləcə də sosial şəbəkələrdə hallanıb. Təəssüf ki, hələ də universitetlərlə bağlı vahid sistemə keçmək üçün rəsmi qərar verilməyib. Ancaq diqqət etsək görərik ki, ümumtəhsil məktəbləri ilə bağlı vahid forma mövcuddur. Hətta elə məktəblər var ki, Pedaqoji şuranın qərarına uyğun olaraq müəllimlər üçün də ayrıca geyim forması tərtib olunub. Lakin hələ də bu qaydalar universitetlərə şamil olunmayıb. Buna görə də biz tələbələrə, eləcə də universitet müəllimlərinə məhdudiyyət tətbiq edə bilmərik ki, saqqallı gəl, saqqalsız gəl, geyimini dəyişdir və s. Çünki tələbələrin hərəkətini, geyimini məhdudlaşdıran qərar yoxdur. Ona görə də bu məsələdə tələbə özü təhsil müəssisəsini, həmçinin, mentalileti nəzərə alaraq özü məsuliyyətini dərk etməlidir. Düşünürəm ki, kənardan hər hansısa universitet rəhbərliyi, eləcə də dekanın rəsmi qərar olmadığı müddətcə tələbənin fəaliyyətinə qadağa qoya bilməz.

 

Nəzərə alsaq ki, biz artıq dünya təhsil sisteminə inteqrasiya edirik. Dünyanın əksər ölkələrində bu məsələlərlə bağlı məhdudiyyətlər yoxdur. Ancaq nəzərə alsaq ki, inkişaf etmiş ölkələrin özlərinin belə universitetlərlə bağlı müəyyən məhdudiyyətləri var. Məsələn ABŞ-də nəinki tələbələr, hətta müəllimlər üçün də geyim və digər məsələlər üçün müəyyən məhdudlaşdırıcı kriteriyalar mövcuddur”.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla