AZ

Qəzzada 33 min insan ölüb:70%-i qadın və uşaqlardır

Bu barədə BMT-nin İnkişaf Proqramının “Qəzza müharibəsi: Fələstin dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı hesabatında deyilir. 12 aprel 2024-cü il tarixinə Qəzzada ən azı 33 207 nəfər həlak olub, təxminən 7 000 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti - təxminən 70%-i qadınlar və uşaqlardır.

Daha 80,683 fələstinli yaralanıb, onların xəsarətlərinin çoxu uzunmüddətli əlilliyə səbəb ola bilər. Bu rəqəmlərə görə, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza əhalisinin təxminən 5%-i öldürülüb və ya yaralanıb, bəziləri isə ağırdır.

Müəlliflər qeyd ediblər ki, 1,7 milyondan çox fələstinli, yəni anklav əhalisinin 75%-dən çoxu sektor daxilində köçkün olmağa məcbur olub, onların əksəriyyəti bu zərurətlə bir neçə dəfə üzləşib.

İlkin Nəcəfzadə
AzVision.az

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla