AZ

"SpaceX" kosmik uçuşlar üçün rezervasiyalara başlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın“SpaceX” şirkəti kosmosa turist uçuşları üçün rezervasiyalara başlayıb.

Banco.az xəbər verir ki, müvafiq funksiya barədə təşkilatın saytında yerləşdirilib.

Məlumata görə, potensial turistlər üçün dörd istiqamət mövcuddur: Yer orbiti, Beynəlxalq Kosmik Stansiya (BKS), Mars və Ay.

Bildirilib ki, hazırda yalnız iki istiqamət üzrə uçuş tarixləri məlumdur. Yer orbitinə 2024-cü ilin sonunda, BKS-yə isə 2025-ci ildə səyahət etmək mümkün olacaq.

“Dragon” və “Starship” raketlərində baş tutacaq uçuşlar zamanı şirkət kosmik turistləri skafandr, sensor əlcəklər və 3D çaplı dəbilqə ilə təmin edəcək. Qiymətlər barədə məlumat verilməsə də, BKS-yə artıq uçmuş turistlərin bir bilet üçün 55 milyon dollar ödədikləri bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
220
10
Mənbələr
Şərh ()
Bağla