AZ

DİM mayda bu imtahanları keçirəcək - SİYAHI

Dövlət İmtahan Mərkəzi mayda imtahanları keçirəcək.

 

AzEdu.az Təhsil Portalı may ayında keçiriləcək imtahanların siyahısını təqdim edir.

 

2 mayda GRE imtahanı keçiriləcək.

 

4 mayda keçiriləcək imtahanlar:

 

- Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahanı;

 

- SAT imtahanı;

 

5 mayda keçiriləcək imtahanlar:

 

- Eksternat qaydasında 9-cu sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

 

- Əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

 

- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (9 illik);

 

- Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (9 illik) ;

 

- Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd) keçiriləcək.

 

6 may tarixinə qədər I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı (ərizə qəbulunun ikinci mərhələsi) olacaq.

 

8 maya qədər Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək imtahana qeydiyyat (AB, AC, BA) ;

 

İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanına (A növü) qeydiyyat olacaq.

 

10-19 may tarixlərində Rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu (I mərhələ, II cəhd) olacaq.

 

11 may – 31 iyul tarixlərində subbakalavrın elektron ərizə qəbulu olacaq.

 

12 mayda keçiriləcək imtahanlar:

 

- Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif (o cümlədən peşə liseylərinin), 1-ci cəhd ;

 

- Cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı (dövlət dili kimi) – I cəhd;

 

- Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan;

 

- Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı keçiriləcək.

 

15 mayda TOEFL imtahanı olacaq.

 

16 mayda GRE imtahanı keçiriləcək.

 

26 mayda keçiriləcək imtahan:

 

- Qəbul imtahanı – II və III ixtisas qrupları üzrə (1-ci cəhd) keçiriləcək.

 

29 mayda TOEFL imtahanı olacaq.

 

31 may-17 iyun tarixlərində I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı olacaq.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla