Ermənistanın 1990-1991-ci illərdə işğal etdiyi Qazax rayonunun kəndləri ilə həmsərhəd Tavuş mərzinin “Kirants” adlanmış Güney kəndində gərgin vəziyyət davam edir. Belə ki, bir qrup erməni sakin Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinə, bir sözlə, məlum 4 kəndin Azərbaycana qaytarılmasına etiraz edir.
Moderator.az xəbər verir ki, “Hraparak”ın səhər saatlarında yaydığı məlumata görə, bu gün – mayın 2-i axşam saatlarında Güney kəndində vəziyyət daha da gərginləşib.
Məlumatda deyilir ki, sakinlərlə polis arasında növbəti qarşıdurma yaranıb. Bu səbəbdən kəndə əlavə polis qüvvələri – “qırmızı beretlilər” yeridilib. Yolu kəsməyə çalışan bir neçə sakin polis bölməsinə aparılıb.
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.