AZ

Həyat yoldaşına görə “Yuventus”a qayıdır

“Atletiko”nun forvardı Alvaro Morata yayda karyerasını “Yuventus”da davam etdirmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Alvaro A Seriyasına dönmək üçün maaşının az məbləğdə olmasına da razılıq verib. Futbolçunun qərarına həyat yoldaşının italiyalı olmasının təsir etdiyi qeyd olunur.

Xatırladaq ki, 31 yaşlı hücumçu 2014-2016-cı və 2020-2022-ci illərdə “Qoca Sinyora”nın heyətində oynayıb. O, 2022-ci ilin yayında komandadan ayrılıb.

Seçilən
113
2
Mənbələr
Şərh ()
Bağla