- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Gürcüstan milli komandasının qapıçısı Luka Quqeşaşvili "Qarabağ"da qalmağa qərar verib.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, gürcü qolkiperə “Dinamo”dan (Batumi) təklif gəlib.
Lakin o, Ağdam klubunu tərk etmək fikrində deyil. Quqeşaşvili komandada qalaraq yeni mövsüm əsas heyətə düşmək uğrunda rəqabət aparacaq.
Lukanın "Qarabağ"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 24 yaşlı qapıçı 2022-ci il iyulun 1-də Ağdam klubuna keçib.