AZ

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Almaniyanın “Borussiya” (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkib. “Siqnal İduna Park”da keçirilən matçın taleyini bir qol həll edib. Yekunda meydan sahibləri qələbəyə seviniblər.

Cütün taleyinə mayın 7-də Parisdə keçiriləcək cavab matçında aydınlıq gələcək.

Yarımfinalın digər ilk matçında Almaniya və İspaniya nəhəngləri - “Bayern” və “Real” heç-heçə oynayıblar – 2:2.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu

1 may

“Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa) 1:0
Qol: Fullkruq, 36.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.

Seçilən
134
5
Mənbələr
Şərh ()
Bağla