AZ

Kürdəmirdə piyadanı maşın VURUB - FOTO

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, sürücü - rayonun Sığırlı kənd sakini 59 yaşlı Qaybalıyev Nazim həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1976-cı il təvəllüdlü Məhərrəmov Niyaz Həmzə oğlunu vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Niyaz Məhərrəmov ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.




Bizim.Media, Aran bürosu

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla

Reytinq