AZ

Aşına tökdüyü qaşığına çıxır

Dünyanı qarışdıran Fransanın əsl siması(zlığı) ortadadır

Fransa artıq bölgəyə təsir imkanlarının tam şəkildə əlindən çıxdığının fərqindədir. Bu mənada Paris indi daha fərqli yollara əl atır. Məsələn, son günlərdə “aktivləşdirilən” Avropa İttifaqının (Aİ) “mülki missiyası”, Ermənistanın birbaşa və ya Hindistan üzərindən silahlandırılması, ölkəmizə qarşı beynəlxlq təzyiq mexanizmləri yaratmaq arzuları Fransanın fərqli müstəvilərə “müraciət etməsinin” bariz sübutudur. Ermənistanın sürətlə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi də artıq hər kəsə məlumdur. Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib. Son illərdə Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul etdiyi “qətnamə”dəki qərəz, ikili standart, ədalətsiz yanaşma elə ilk baxışdan göstərir ki, Fransa bütün beynəlxalq sənədlərə, hüquqa arxa çevirir, onu tanımadığını bildirir, separatizmi açıq şəkildə dəstəkləyir. Bu neokolonialist dövlət tərəfindən məsələ o qədər genişləndirilir ki, artıq bura agentura şəbəkəsi, casusluq elementləri də daxil olur. Azərbaycanın xüsusi dövlət orqanlarının Fransa casuslarını ifşa etməsi Azərbaycanın güclü mövqeyini göstərir.

Fransada Makron hakimiyyətinin formalaşdırdığı Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə hücumların edilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısını almaq üçün tədbirlər görülməməsi bu müstəmləkəçi dövlətin Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.

Bu sadalanan faktlar göstərir ki, Fransa Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb və atmaqda davam edir. Yeri gəlmişkən, Fransanın Azərbaycandakı səfirini məsləhətləşmə üçün geri çağırması da bu “təzyiq”lərin tərkib hissəsi idi.

Məlum olduğu kimi, aprelin 29-da Fransanın daxili işlər naziri Jerar Darmanin Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı əsassız və ittiham xarakterli iddialar səsləndirib. Fransız nazir Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham edib. Onun fikrincə, rəsmi Bakı Fransanın erməniləri dəstəkləməsinə cavab olaraq, Yeni Kaledoniya mövzusundan istifadə edir. Bu, əslində, rəsmi Parisin bəşəri cinayətlər törətdiyini dolayısı ilə etiraf etməsi anlamı da daşıyır. Məsələ ondadır ki, son 30 ildə rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü təhdid edən erməni separatçı-terrorçuları dəstəkləyib. Yəni, rəsmi Paris bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidləri müdafiə edib, digər tərəfdən isə silahlı erməni terrorçuları dəstəkləməklə, həm də beynəlxalq terrorizmə dayaq olub, beynəlxalq hüquq normalarına görə cinayət törədib. Belə bir şəraitdə rəsmi Parisin erməni terrorçularla kaledoniyalılar arasında paralellər aparmağa çalışması isə tamamilə absurddur.

Çünki Yeni Kaledoniya Fransa ərazisi deyil. Fransa həmin ərazini işğal edərək müstəmləkəyə çevirib. Kaledoniyalılar da haqlı olaraq Fransa müstəmləkəçiliyindən xilas olmaq üçün dinc yollarla mübarizə aparırlar. Rəsmi Bakının isə Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxması beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Bu baxımdan fransız nazir Azərbaycanı ittiham etməzdən əvvəl ölkəsinin beynəlxalq cinayətlərinə diqqət etsə, daha doğru olar. Fransız nazir onu da nəzərə almalıdır ki, Azərbaycanın müstəmləkədən xilas olmaq istəyən kaledoniyalıları müdafiə etməsi Fransanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilməz. Çünki hər hansı xalqın müstəmləkə altında saxlanılması bəşəri cinayətdir və Fransanın daxili işi hesab oluna bilməz. Rəsmi Paris Azərbaycanı ittiham etmək, erməni terrorçuları dəstəkləmək, onların halına “yanmaq” əvəzinə kaledoniyalıların öz tarixi vətənlərində azad yaşamaq hüquqlarını tanımaq barədə düşünsə daha məqsədə və ədalətə uyğun olar.

Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi bəşəriyyət əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanları unutmamalıdır. Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və ona xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejim ilə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı da məlumdur.

Bir sözlə, Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi surətdə yüksək səviyyədə qəbul edib.

Fransa Azərbaycan qarşısında gücsüz qaldığını əslində, anlayır və bundan ciddi şəkildə qıcıqlanır. Çünki Emmanuel Makron hakimiyyətinin rəsmi Bakıya qarşı bütün təzyiqləri boşa çıxdı. Fransa nəhayət ki, anlamalıdır ki, Cənubi Qafqaza Ermənistan üzərindən yerləşə bilməz. Çünki bu bölgəyə artıq regionun lider dövləti olan Azərbaycan nəzarət edir. Nəhayət, rəsmi Paris birdəfəlik qəbul etməlidir ki, bu regionun gələcəyi üçün sülhdən başqa yol yoxdur, ya sülh, ya da sülh!

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1331
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
906
Bu yol qovşağında təmir işləri aparılacaq
599
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
376
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
320
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
310
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
304
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
234
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
215
Çingiz Mustafayevin toyudur - FOTOLAR
211
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
189
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
158
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
112
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
95
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
85
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
83