AZ

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və onlarla iş aparılır. Bu sənədlərin müəyyən məxfilik dərəcəsi və onlarla işləmək üçün müəyyən prosedurlar var və hesab edirəm ki, bu prosedurlarla bağlı anlaşılmazlıqlar ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də İctimai Televiziyaya müsahibəsində müxalifət deputatlarından birinin Kadastr Komitəsinə müraciət etməsi və bu sənədlərin onların ixtiyarında olmadığını bildirməsinə münasibət bildirərkən deyib.

“Hələ 2022-ci ildə “Ermənistan” fraksiyasının rəhbəri bu sənədləri Kadastr Komitəsindən tələb etmişdi. Ona bu sənədlərin məxfiliyinin olduğunu və təqdim edə bilməyəcəklərini bildirmişdilər, buna baxmayaraq, onu Komitədə sənədlərlə tanış olmağa dəvət etmişdilər. Daha sonra delimitasiya prosesləri intensivləşəndə ​​Ermənistan Müdafiə Nazirliyi bu sənədləri Kadastr Komitəsindən tələb edib və qəbul edib. Müxalifət ikinci dəfə Kadastr Komitəsi ilə əlaqə saxladıqda artıq bu sənədlərin əllərində olmadığını bildirdilər.

Delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulun tətbiqi idi.

Delimitasiya - uzun bir prosesdir. Delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər və əsas odur ki, Almatı Bəyannaməsi hər iki tərəfdən delimitasiya prosesinin əsas prinsipi kimi qəbul edilib.

Azərbaycanın timsalında, hamımıza məlum olan şərtlər daxilində delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır. Niyə? Delimitasiya aparılmadığı üçün aydındır ki, bu, münaqişə səbəbi ola bilər. Buna görə də vəziyyəti mümkün qədər idarəolunan saxlamaq üçün biz münaqişə üçün ən böyük potensiala malik yerlərdən başlayırıq”, - Paşinyan vurğulayıb.

Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
896
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
587
Bu yol qovşağında təmir işləri aparılacaq
386
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
368
Sabah 5 kəndin qazı kəsiləcək
329
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
224
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
217
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
216
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
167
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
131
Bakıda 9 otaqlı evdə yanğın baş verib
122
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
119
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
94
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
93
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
67
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
44