AZ

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlıların sayı getdikcə azalan rayon - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Zəngəzur mahalının qədim türk-oğuz yurdlarından sayılan, zaman-zaman etnik tərkibi dəyişdirilən Meğri rayonu haqqında süjet hazırlanıb.

 “Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz - Meğri” adlı süjetdə ermənilərin tarixin müxtəlif məqamlarında qədim türk tayfalarının yaşayıb idarə etdiyi məkanlarda düşünülmüş şəkildə insanlığa qarşı vandal hərəkətlər törətməsindən, yerli əhalini sıxışdırıb çıxarmaq üçün hər cür vasitələrə əl atmalarından bəhs olunur.

Bildirilib ki, Meğri rayonu şimaldan Qafan rayonu, şərqdən Azərbaycanın Zəngilan, qərbdən Ordubad rayonu, cənubdan isə Güney Azərbaycan, İran ilə həmsərhəddir. Rayon ərazisi 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın tərkibində Çar Rusiyasının tabeçiliyinə verilib. 1918-1920-ci illərdə bu ərazi Azərbaycan Cümhuriyyətinin Zəngəzur qəzasına bağlı olub və daim erməni quldur dəstələrinin terror və təxribatlarına uğrayıb. İndiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hökuməti qurulandan sonra Ermənistan adlanan respublikanın tərkibinə daxil edilib.

Qeyd olunub ki, Meğri rayonunun ərazisində əksəriyyət azərbaycanlılar yaşasa da, tədricən deportasiyaya məruz qoyulub və etnik tərkib ermənilərin xeyrinə dəyişdirilib: “Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz olan Meğri inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Rayonun 20-dən çox kənd və yaşayış məntəqəsində yaşayan azərbaycanlılar son olaraq 1988-ci ildə deportasiyaya məruz qalıblar. Rayonun Nüvədi kəndi isə 1991-ci ildə tamamilə boşaldılıb. Bundan sonra rayon üzrə tarixi yer adları dəyişdirilib. 1995-ci ildə isə Zəngəzur mahalı ərazisində yerləşən Meğri, Gorus, Qafan, Sisiyan rayonları ləğv edilib və bunların hesabına mərkəzi Qafan şəhəri olan Sünik mərzliyi yaradılıb.

Sonda vurğulanıb ki, qədim Azərbaycan torpağı olan bu məkan ermənilərin uzun illərdən bəri apardığı çirkin planların qurbanı olub: “Təbii ki, indi zaman dəyişib, yeni reallıqlar yaranıb və biz Zəngəzura, o cümlədən Meğriyə qayıdacaq, yurd yerlərimizə yeni nəfəs verəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Seçilən
108
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
694
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
409
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
334
Bu yol qovşağında təmir işləri aparılacaq
268
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
173
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
164
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
163
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
158
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
125
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Çingiz Mustafayevin toyudur - FOTOLAR
108
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
105
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
85
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
82
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
73
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
64
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
41
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
35
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
35