AZ

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

"Qida rasionuma hər şey daxildir. Ən çox zülal tərkibli yeməklər yeyirəm. Səhər yeməyim 12-də başlayır. O vaxta qədər isə yalnız acqarına su içirəm. Günorta 3-də və axşam 7-də yeyirəm. Bununla bərabər yürüyüş də edirəm ki, kalori tez itirilsin. Hazırda pəhrizi dietoloqla edirəm. Zəmanət veriblər ki, 1 aya 8-9 kiloqram çəki atacaqsan".


BiG.Az
Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla