AZ

Heydər Əliyev ideyalarını yaşatmaq üçün yola çıxan Fond

Azərbaycanı canından artıq sevən, doğma el-obanın inkişafı, tərəqqisi üçün yorulmadan çalışan dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev deyirdi: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Bu gün dünyanın söz sahibi dövlətləri sırasında yer alan Qalib Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev arxalandığı, güvəndiyi xalqından güc alırdı. Qəlbi hər zaman xalqı ilə bir döyünən dahi şəxsiyyət fəaliyyətində xalqımızın milli ruhunu, kimliyini təcəssüm etdirirdi. Ölkəmizə rəhbərliyi dövründə qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən ən böyük dəstəyi xalqdan alan Heydər Əliyev dühasının böyüklüyü bir də onda idi ki, müəllifi olduğu azərbaycançılıq ideologiyası mənəvi inkişafımıza, Azərbaycanın əbədi müstəqilliyinə möhr vurdu. Bu gün vaxtilə Ulu Öndərin böyük qürur hissi ilə dediyi “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam!” müdrik kəlamı dillər əzbəridir. Çağdaş tariximizdə əbədiyaşarlığını təmin etməyi baçaran Ulu Öndərin bu fikirləri səslənəndə el-obasını təmənnasız məhəbbətlə sevən hər bir azərbaycanlının qəlbi, ürəyi riqqətə gəlir.

Ən böyük azərbaycanlı Ulu Öndər Heydər Əliyevin o ağır, çətin günlərdə - 1993-cü ilin iyunun 15-də xalqın yekdil təkidi ilə hakimiyyətə qayıdışı ölkəmizi bəlalardan, anarxiyadan, xaosdan, müsibətlərdən xilas etdi. Ulu Öndər yürütdüyü müdrik siyasət sayəsində ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyuldu. Dünya azərbaycanlılarının lideri xarici ölkələrdə yaşayan soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirdi. Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün də milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu.

Ulu Öndərin arzuladığı zirvələri fəth edən, dahi rəhbərin azərbaycançılıq amalının davamçısı cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan tarixin ən qüdrətli mərhələsinə çatdı, xalqımızın milli həmrəyliyi daha da gücləndi. Qalib ölkəmizin Qalib Liderinin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dövlətçilik tariximizdə milli həmrəyliyi bir daha təcəssüm etdirdi.

Dahi şəxsiyyət Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyən ölkəmizdə Ulu Öndərin işıqlı idealları, amalları yolumuza nur saçır. Fəxrlə deyirik ki, Azərbaycan dövlətçiliyini, xalqımızın azadlığını və müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi uğurla davam etdirilir.

Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu 20 ildir ki, ictimai həyatın bütün sahələrində fəal iştirak edir, dahi şəxsiyyətin qurub-yaratdığı Azərbaycanın sosial-iqtisadi inkişafına layiqli töhfələr verir. Ən böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını, müqəddəs əməllərini yaşatmaq üçün yola çıxan Fond Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hər bir ölkə vətəndaşının istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi və mənəvi dəstək olur, müxtəlif sahələr üzrə genişmiqyaslı proqram və layihələri uğurla reallaşdırır.

2004-cü il mayın 10-da müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə təsis olunan Fond fəaliyyəti müddətində humanizm, mərhəmət, xeyirxahlıq missiyasına sədaqətlə sadiq qalıb. Səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial... Ölkənin elə bir ictimai-siyasi sahəsi yoxdur ki, orada dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Fondun imzası, xeyirxah əməlləri, əvəzsiz töhfələri olmasın.

“Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını” söyləyən Ulu Öndər Heydər Əliyevin müqəddəs ideyalarını uğurla həyata keçirən Fond elmin və təhsilin inkişafında əvəzsiz xidmətlər göstərərək, gənc nəslin xoşbəxt gələcəyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları, “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri hər zaman cəmiyyətimizdə böyük nüfuzla qarşılanıb.

Milli təhsil modelinin gerçəkləşdirilməsinə yardımçı olmaq məqsədi ilə Heydər Əliyev Fondu paytaxtla yanaşı, ən ucqar dağ kəndlərində dünya standartlarına cavab verən məktəb binaları inşa edib. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində neçə-neçə məktəb cari və ya əsaslı təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.

"Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində xeyirxahlıq missiyasını davam etdirən Fond qaçqın və məcburi köçkün, aztəminatlı ailələrindən olan birinci sinif şagirdlərini xüsusilə diqqətdə saxlayır, onları çanta və dərs ləvazimatları ilə təmin edilirlər. Heydər Əliyev Fondu Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərini də yaddan çıxarmır.

Dahi şəxsiyyətin özü kimi əzəmətli olan amallara xidmət edən Heydər Əliyev Fondu ABŞ, Rusiya, Hollandiya, Gürcüstan, Rumıniya, Pakistan, Misir, Bosniya və Herseqovina məktəblərində mühüm layihələr reallaşdıraraq, dünya məktəblilərinin sevincinə sevinc qatıb.

Ölkəmizdə təhsilin sürətli inkişafı, gələcək nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü məqsədyönlü işlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam edir. “Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır”. Ulu Öndərin uzaqgörənliklə söylədiyi bu fikri əsas götürən Hyedər Əliyev Fondu xalqın inkişafını təmin edən əsas amillərdən olan təhsilə diqqət və qayğını uğurla davam etdirir.

Azərbaycanda, Cənubi Qafqazda xeyriyyəçilik ənənələrinin ən layiqli davamçısı Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri geniş əks-səda doğurub. Layihələr çərçivəsində diabet, talassemiya xəstəliyinə düçar olmuş uşaqlar xüsusi diqqətdə saxlanılır.

Fondun təşəbbüsü, Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu sahədə reallaşdırılan layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya-Herseqovinada, Rusiyada, Gürcüstanda icra edilən layihələr bütün dünyaya Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan xalqının insanpərvərliyini, nəcibliyini nümayiş etdirir.

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə Azərbaycan xalqının milli mədəniyyətinin dünya arenasında təbliğində fəal iştirak edir. Fond Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsində, İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, “Atəşgah”ın və digər tarixi abidələrin, habelə mədəni irs nümunələrinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsində, muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görüb. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması oldu. UNESCO xətti ilə hazırlanmış alboma bu adın seçilməsi bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğunu nümayiş etdirdi.

Tarixi-mədəni abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə bu sahənin tərəqqisini, yeni-yeni uğurların qazanılmasını şərtləndirən əsas amillərdir. Fondun həyata keçirdiyi mədəniyyət layihələri, rəngarəng tədbirlər, o cümlədən simpoziumlar, sərgilər, konsertlər, tamaşalar cəmiyyətimiz tərəfindən daim rəğbətlə qarşılanır.

Heydər Əliyev Fondunun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat işləri aparılır. “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada tanıdılmasında mühüm rol oynayır.

Heydər Əliyev Fondu tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xeyirxahlıq missiyasını ləyaqətlə yerinə yetirdi, qələbə üçün öz töhfələrini əsirgəmədi. Düşmən üzərində tarixi qələbədən sonra Şuşada-Cıdır düzündə Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə mütəmadi olaraq keçirilən festivallar, beynəlxalq tədbirlər Azərbaycanın uğurlarından narahat olanlara “Qarabağ Azəbaycandır!” mesajını verdi.

“...Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır”. Ölkə Prezidentimiz cənab İlham Əliyevin 2004-cü ildə Heydər Əliyev Fondunun açılış mərasimində söylədiyi fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır.

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21222
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19345
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18277
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17684
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16898
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16720
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15534
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12021
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9250
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8387
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8008
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6383
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772