AZ

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

“Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq ki, vəziyyəti nəzarətdə saxlaya bilək”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasının efirində deyib. O, Azərbaycanla normallaşma ilə bağlı bir sıra açıqlamalarla çıxış edib.

“Delimitasiya prosesi zamanı Ermənistan hökuməti qarşısına təkcə ayrı-ayrı sahələr üzrə deyil, həm də Azərbaycanla bütün sərhədin bərpası üçün hüquqi əsas yaradan prinsipin qəbul edilməsi vəzifəsini qoyub. 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəldik. Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. İndi bu prosesə sadiqliyimizi praktikada nümayiş etdirmək son dərəcə vacibdir.

Növbəti illərdə dövlətimiz həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq. Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu, gözünüzün qabağında baş verir”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Delimitasiya Komissiyası hazırda delimitasiya prosesinin getdiyi ərazidə işini yekunlaşdırır.

“İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti, o cümlədən cari prosesin təcrübəsi nəzərə alınaraq dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar.

Müdafiə Nazirliyi müəyyən edilmiş sərhəd ərazilərdə xidmət göstərməyəcək. Sərhəd mühafizəsi bütünlüklə Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçiriləcək.

Gözümüzün qabağında təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan strukturlar və ölkələr öz öhdəliklərini yerinə yetirə bilmədilər. Buradan belə nəticə çıxır ki, biz özümüzə güvənməli və təhlükəsizliyi təmin etmək üçün tədbirlər görməliyik”, - baş nazir vurğulayıb.

Mənbə: Ermənistan KİV

Seçilən
34
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22159
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19522
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18398
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17870
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17506
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17364
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16302
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15737
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12222
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10097
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8895
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8120
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7727
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7386
Minimum əmək haqqı nə qədər arta bilər?
7157
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5869