AZ

Simonyanın açıqlaması Kremli qəzəbləndirdi – “Cəzalandırılacaq”

Rusiya Ermənistan parlamentinin sədri Alen Simonyanı cəzalandırmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr iddia edir ki, yaxın gələcəkdə Ermənistan hakimiyyətini kifayət qədər ciddi sınaq gözləyir:

“Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda hökumətə rəhbərlik edənlər və onların yaxın ətrafı ilə bağlı mediaya kifayət qədər ciddi dosyelər atılacaq. Bu da təkcə maliyyə fəaliyyətləri, ofşor hesablarla bağlı yox, həm də şəxsi həyatla bağlı olacaq. Çox güman ki, bu informasiya sızmaları təkcə Rusiya mənbələrindən deyil, Qərb mənbələrindən də olacaq.

Məsələ budur ki, Qərb də, Rusiya da Nikol Paşinyan hakimiyyətindən çoxdan əlini üzüb. Hər iki tərəf imkan daxilində öz güclərindən istifadə edərək Paşinyandan xilas olmaq istəyir. Bu məqsədlə bütün üsullardan istifadə olunacaq.

Mənbələrimizin məlumatına görə, ən ağır durumda olan Alen Simonyandır. O, hamını, xüsusən də rusiyalı həmkarı Valentina Matvienkonu qəzəbləndirib.

Alen Simonyanla həmişə xüsusi əlaqələri olan və onu “təsir agenti” hesab edən Rusiya tərəfi indi onu düşməni kimi görür. Ruslar adətən belə hərəkətləri bağışlamırlar. Rusiya Ermənistan hakimiyyətinə, ondan əvvəl isə Alen Simonyanın özünə cəza verəcək”.

Alen Simonyan bundan əvvəl Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanı dəstəklədiyini açıqlamışdı. Erməni spikerin açıqlaması rusiyalı həmkarı tərəfindən sərt təpki ilə qarşılanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla