AZ

Paşinyan: “Suveren ərazimizin bir millimetrini belə verə bilmərik, amma sərhədi bərpa etməliyik”

“Biz suveren ərazimizin bir millimetrini belə verə bilmərik, amma sərhədi bərpa etməliyik”.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni televiziyasına müsahibəsində deyib.

Paşinyan bildirib ki, biz suveren ərazimizin bir millimetrini belə verə bilmərik.

“Biz sərhədi bərpa etməliyik, yəni gedib bu sərhədi yer üzündə artıq formalaşmış prinsiplərə əsaslanaraq  müəyyən etməliyik deyəndə, bu, başqa məsələdir.

Ölkəmizin maraqlarına uyğundur ki, biz regionumuzda kənar yardım və sponsorluq olmadan yaşamaq düsturunu son nəticədə qəbul edirik”, – Paşinyan bildirib.

Yaxın günlərdə Kirants kəndində baş verəcəklərdən danışan baş nazir qeyd edib ki, onun sakinlərinin maraqları hökumətin diqqət mərkəzindədir.

“Biz onların hər birinin hüquqlarını, ləyaqətini və təhlükəsizliyini qorumaq üçün hər şeyi edəcəyik”, – Paşinyan qeyd edib.

Müsahibə bu gün saat 22:10-da yayımlanacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla