AZ

Şotlandiya parlamenti hökumətə etimadsızlıq təklifini rədd edib

Şotlandiya parlamentindəki əksəriyyət hökumətə etimadsızlıq səsverməsini dəstəkləməyib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə RİA Novosti səsvermənin nəticələrinə istinadən xəbər verir.

 

Şotlandiya Milli Partiyasının (SNP) rəhbərlik etdiyi hökumətə etimadsızlıq səsverməsinin tətbiqi təklifini Şotlandiya İşçi Partiyasının lideri Anas Sərvar təqdim edib.

 

Təklifin lehinə 58 deputat, əleyhinə 70 deputat səs verib.

 

Etibarsızlıq səsverməsi qəbul edilsəydi, Şotlandiya hökuməti istefaya göndəriləcək və Parlament 28 gün ərzində yeni baş naziri seçməli olacaqdı.

 

Bundan əvvəl Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusif istefa verdiyini açıqlamışdı.

 

Siyasətçinin qərarı ərəfəsində Yousaf Şotlandiyanın Yaşıllar Partiyası ilə koalisiya müqaviləsini ləğv etdiyini elan etdikdən sonra SNP yerli parlamentdə çoxluğunu itirib.

 

Nigar

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla