AZ

Ermənistan NATO ilə hərbi əməkdaşlıq planı imzalayıb

Ermənistan və NATO 2024-cü il üçün hərbi əməkdaşlıq proqramı haqqında razılığa gəliblər və əməkdaşlığın yeni istiqamətlərini müəyyən ediblər.

Azpost.info xəbər verir ki, tərəflər Ermənistan Baş Qərargah rəisinin müavini Artur Yeroyanın alyansın Brüsseldəki qərargahına səfəri zamanı məsləhətləşmələr aparıblar.

“Proqram çərçivəsində Ermənistanda hərbi təhsil müəssisələrinə və təlim mərkəzlərinə göstərilən dəstəyin nəticələri müzakirə edilib və əməkdaşlığın yeni istiqamətləri müəyyən edilib”, – Ermənistan Müdafiə Nazirliyi bildirib.

Nazirlik 2025-ci il üzrə qarşılıqlı fəaliyyət imkanlarını da müzakirə etdiklərini qeyd edib.

Görüş zamanı Yeroyan NATO-nun Beynəlxalq Hərbi Qərargahının təhlükəsizlik üzrə əməkdaşlıq üzrə direktoru general-leytenant Deçan Tiberiu Şerbanla ayrıca söhbət edib.

“Ermənistan-NATO arasında mövcud hərbi əməkdaşlıq proqramları və onların genişləndirilməsi imkanları müzakirə edilib”, – Müdafiə Nazirliyi əlavə edib.

Azpost.info

 

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla