AZ

Alman deputat Şvabe Azərbaycana qarşı istədiyi qərarı verdirə bilir- "oyuncaq AŞPA"...

Image

Mirkazım Seyidov:”Özləri təsdiq edirlər ki, verdikləri qərarlar əvvəlcədən müəyyən olunur və formal olaraq səsə qoyulur”

Almaniya Sosial Demokrat Partiyasının üzvü, Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və Almaniya hökumətinin dini etiqad azadlığı üzrə nümayəndəsi Frank Şvabe QHT rəhbəri Anar Məmmədlinin  saxlanmasına görə Azərbaycan rəhbərliyini tənqid edib. O bəyan edib ki,  Azərbaycan üçün AŞPA-ya geriyə yol yoxdur: nə indi, nə də yanvarda”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları yanvarda Azərbaycan nümayəndə heyətinin mandatını  ratifikasiya etməkdən imtina ediblər.  

Göründüyü kimi, Şvabe deyir Azərbaycan nə indi, nə də yanvarda AŞPA- ya qayıda bilməyəcək. Sanki AŞPA kimi seçkili qurumun qərarını bu başdan Şvabe müəyyən edir. Bu faktın özü AŞPA-nın oyuncaq bir quruma çevrildiyinin təsdiqi ola bilərmi?

Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa institutlarının Azərbaycana qarşı qərəzli mövqe tutması danılmaz faktdır: “Çox maraqlıdır ki, bu cür qərəzli addımlar ölkəmizin qazandığı hansısa uğurlardan sonra atılır. Əldə etdiyimiz qələbədən sonra belə təzyiqlər artdı. AŞPA hətta bizə sanksiya tətbiq etdi.

Bu ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsinə, ölkəmizi bu qurumda təmsil edən nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsinə cavab olaraq, rəsmi Bakı AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Prezident İlham Əliyev isə fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib ki, nümayəndə heyətimizin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Prezident AŞPA-da anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

AŞPA-nın Azərbaycana qarşı qətnamələrin qəbulunun əsasında Azərbaycanofob, türkfob və islamofob siyasət dayanır. Belə qurumlar üçün insan haqları, demokratiya və digər hüquqlar maraqlı deyil. Onlar bu hüquqları sadəcə Azərbaycana və digər müsəlman ölkələrinə təzyiq vasitəsi kimi istifadə edirlər. Əgər insan haqları və demokratiya, vətəndaş cəmiyyətinin hüquqları ilə bağlı AŞPA narahat olub ədalətli mövqe sərgiləsəydi, Fransada müsəlman uşaqların məktəblərə buraxılmaması, açıq aksiya keçirənlərə qarşı şiddətin işlədilməsi və insanları həbslərə məruz saxlamaları ilə bağlı səslərini çıxardardılar. Yaxud da Ermənistanda jurnalistlərin, müxalifətçilərin həbs olunmasına reaksiya verərdilər. Onlar üçün bu  gün Azərbaycan maraqlıdır. Parlamentarilər erməni diasporunun sifarişlərini icra etməklə qarşıdan gələn seçkilərdə yenidən mandat qazanmaq istəyir. Ona görə də Azərbaycana təzyiq göstərilməsi üçün siyasi məhbus, vətəndaş cəmiyyətinin hüquqları məsələsini ortaya atıb belə tələblər irəli sürürlər. Azərbaycanda törətdikləri cinayətlərinə görə həbs olunanlara siyasi məhbus donunun geyindirməsi və ondan ölkəmizə təzyiq kimi istifadə olunması riyakarlıq və düşmənçilkdir.   Şvabenin səsləndirdiyi fikirlər bu qurumun hansı dərəcədə “demokratik” olduğunu üzə çıxardı. Deməli, özləri təsdiq edirlər ki, verdikləri qərarlar əvvəlcədən müəyyən olunur və formal olaraq səsə qoyulur”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21581
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19406
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18314
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17764
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17101
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16946
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16162
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15602
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12108
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9621
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8592
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8051
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7604
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6448
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807