AZ

Bloomberg: Rus milyarderlərin sərvəti bu il 15,5 milyard dollardan çox artıb

Bloomberg-in dərc etdiyi Bloomberg Milyarderlər İndeksinə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 15,818 milyard dollar artıb.

Valyuta.az xəbər verir ki, Bloomberg Billionaires Index-ə görə, ilin əvvəlindən Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 5,51 milyard dollar qazanıb, onun sərvəti 24,3 milyard dollardır. KİV nümayəndələrinin mətbuat xidmətlərinin təqdim etdiyi hesabatlar və rəqəmlərə görə, “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 4,86 milyard dollar artaraq 25,8 milyard dollara çatıb. Eyni zamanda, NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin sərvətini 27,6 milyard dollara qədər artıraraq 3,62 milyard dollar qazanıb (milyarderin pul investisiyalarının və şəxsi aktivlərinin dəyəri qismən dividendlərin təhlilinə, insayder əməliyyatlarına və bazar göstəricilərinə əsaslanır).

Rusiyada ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanovun sərvəti 2,24 milyard dollar azalaraq 18,8 milyard dollara düşüb (milyarderin aktivlərinin dəyəri qismən mediada yayılan məlumatlara və şirkət nümayəndələrinin verdiyi rəqəmlərə əsaslanır).

Qeyd edək ki, 2012-ci ilin mart ayından agentlik planetin ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən Bloomberg Milyarderlər İndeksini dərc edir. 

Nicat

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla