AZ

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

Tanınmış amerikalı yazıçı və ssenarist Pol Oster vəfat edib.

Gundem.az bildirir ki, o, 78 yaşında Bruklin şəhərində dünyasını dəyişib. Bu barədə “The New York Times” məlumat yayıb.





Yazıçının dostu Ceki Lyden qeyd edib ki, Osterin ölümünə səbəb ağciyər xərçəngi olub.

Xatırladaq ki, Pol Oster 3 fevral 1947-ci ildə Nyu Cersidə anadan olub. O, "Şüşə şəhəri", "Haunting" və "Qıfıllı otaq" romanlarının daxil olduğu "Nyu York Trilogiyası" (1987) kimi əsərlər yazıb.

O, həmçinin “Ay məbədi” (1989), “Cənab Vertiqo” (1994), “İllüziyalar kitabı” (2002), “Həyəcan musiqisi” filmlərinin yaradıcısı olub. “Tüstü” və “Yoruq” filmlərinin ssenari müəllifi, həmçinin “Sən haradasan, Lulu?” filminin ssenari müəllifi və rejissorudur. (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
2
Mənbələr
Şərh ()
Bağla