AZ

Yalnız bu dondurmaya üstünlük verin - Ekspertdən TÖVSİYƏ

Havaların isinməsi ilə insanların dondurmaya olan təlabatı da artır. Satışda isə müxtəlif növ və adda dondurmalar var. Eyni zamanda marketlərlə yanaşı, parklarda, yol qıraqlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir.

Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, əhali bilməlidir ki, dondurma tez həzm olunan yüksək kalorili süd məhsuludur:

"Ona görə dondurmanı dilin üstünə qoyanda o qaymaq dadı verməlidir. Dondurmanın istehsalında əksər hallarda kokos yağı istisna olmaqla, kərə yağından istifadə olunmalıdır. Bəzən dondurmanı istehlak edəndə boğazda acılıq verir. Bu o deməkdir ki, dondurma istehsalında kərə yağından yox, hansısa digər yağlardan istifadə olunub. Qeyd etdiyim kimi, istisna olaraq kakos yağından hazırlanan dondurmalar da var, Azərbaycanda bu istehsal olunur. Əhali bilməlidir ki, ölkədə 20 yə yaxın dondurma istehsalçısı var. Onlardan barmaqla sayılan qədəri var ki, ciddi standartların tələbinə cavab verməklə dondurma istehsal edirlər. Lakin bununla belə xırda kiçik sexlər də mövcuddur və ölkəyə xarici ölkələrdən də dondurma idxal olunur. Türkiyədən, Rusiyadan, Belarusdan və digər ölkələrdən. Dondurma alan zaman istehlakçılar onun etiketinə baxsınlar, hansının buraxılma tarixi və yararlıq müddəti arasında məsafə kiçikdirsə, ona üstünlük versinlər. Dondurmanın qabığı, bükülüşü əzilibsə, bu o deməkdir ki, xaricdən gələn dondurmadır, donu açılıb və təzədən dondurulub. Bu, artıq çirklənmiş dondurmadır, belə dondurma almaqdan imtina etsinlər. Eyni bir dondurma müxtəlif yerlərdə, müxtəlif qiymətlərə satıla bilər. Bu da təbii ki, bazar iqtisadiyyatıdır, qiymətlər tələb və təklif aksiomu ilə müəyyən olunur".

Ekspert qeyd etdi ki, əhali bütün hallarda yerli dondurmalara üstünlük versin:

"Çünki yerli dondurmalar daha çox ekoloji təmizdir, nəinki kənar ölkələrdən gətirilən. Dondurmalar qeyd etdiyim kimi boğazda acılıq verirsə və şübhə yaradırsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm. Etiketlərə fikir versinlər, buraxılma tarixinə, son yararlıq müddətinə, istehsal edən firmanın nömrəsinə, rekvizitlərinə fikir versinlər. Açıq satılan dondurmalar da var, belə hallarda xüsusən istehlakçılar meyvəli dondurmalarda diqqətli olsunlar. Belə dondurmalar zəhərli ola bilər. Bir oturuma çox dondurma yemək məsləhət görülmür. Əgər insan birdən-birə çox dondurma yeyərsə, bədən temperatur aşağı düşə bilər və çox ciddi problemlər yaşaya bilər. İnsanlar ona görə bu məsələyə də əhəmiyyət versinlər", - deyə Eyyub Hüseynov bildirdi.

Humay İSGƏNDƏRLİ

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19899
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19104
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17480
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16156
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15952
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15920
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15219
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11726
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11214
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7898
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7743
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7599
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7331
Minimum əmək haqqı nə qədər arta bilər?
7007
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6103
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696