AZ

Amil Ramazanov: “Uzun zamandır bu yarışa hazırlaşırdıq”

“Uzun zamandır bu yarışa hazırlaşırdıq”.

İdman.bizin Suqovuşana ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə “Prezident kuboku” beynəlxalq reqatasında kayakla 200 m məsafədə 3-cü olan Amil Ramazanov deyib.

O bildirib ki, medal qazanmaq üçün sonadək mübarizə aparıb: “Mingəçevirdə bu yarışın növbəti illərdə də təşkil olunmasını istəyirik. Mübarizə çox gərgin idi. Rəqiblərimizin də güclü olacağını bilirdik. Finiş xəttinə birinci çatmağıma da məhz rəqiblərin sürəti mane oldu”.

Qeyd edək ki, reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla