AZ

Canlı yayımda uşağını söyən və bunu reytinqə "çevirib" pul qazanan valideynlər cəzalandırılır

Sosial mediadan istifadə insanın gündəlik yaşamına, əhvalına böyük təsir göstərir. İstifadəçi platformada gördüklərinə, yazılanlara görə depressiyaya düşə, stres yaşaya, gərginlik keçirə, yuxusuz qala bilər. Əlbəttə, bunun əksinin yaşanması da mümkündür. Bütün hallarda sosial media həyatımızda xüsusi yer tutmağa başlayıb.

Paytaxt.org Bizimyol.info-a istinadən xəbər verir ki, araşdırmalar sosial mediada çox vaxt keçirməyin yaxşı bir şey vəd etmədiyini göstərir. Uşaqlara, yeniyetmələrə təsiri isə daha acınacaqlı ola bilər. Nottingem Trent Universitetinin bir araşdırması yeniyetmələrin təhsildəki uğursuzluğunda platformaların rolunu aşkar ortaya qoyub. Uşaqlar sosial media hesablarına o qədər aludə olurlar ki, internetdən kənar həyatı təsəvvür belə etmirlər.

Ölkədə sosial platformaların uşaqlara pis təsirini göstərən aşkar nümunə var. Ağcabədi sakini Sadiq Mirzəyev uzun müddətdir oğlu Adəmlə “TikTok”dan fəal istifadə edir. Onların ölkədə xeyli tanındığını da demək olar. Ata-bala insanlarla canlı söhbət edir, adətən, özlərini qeyri-adekvat aparırlar. Adəm özünü uşağa xas olmayan tərzdə aparır, Sadiq Mirzəyev onun yanında nalayiq ifadələrdən istifadə etməkdən çəkinmir. Nəticədə aprelin ortalarında Sadiq Mirzəyev həbs olundu. Ona Ağcabədi rayon Məhkəməsinin qərarıyla 30 sutka həbs cəzası verilib. Ağcabədi sakini İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.

Martda ABŞ-ın Florida ştatında uşaqların sosial mediada təhlükəsizliyinə dair qanun qəbul edilib. Qanun müəyyən mənada uşaqların əksərini platformalardan uzaq saxlamağı hədəfləyib. Yaşı 14-ə çatmayan uşaqlar sosial media hesabı aça bilməyəcək. Yetkinlik yaşına çatana qədər açılan hesablar, valideyn nəzarətində olacaq. İstifadəçinin yaşını müstəqil üçüncü tərəf qismində bir şirkət tədiqləyəcək. Yaşın təsdiqlənməsi həm də valideynlərin məsuliyyəti olacaq.

Azərbaycanda bu istiqamətdə vəziyyət, həqiqətən də, yaxşı deyil. Yeniyetmələr sosial platformalarda özünü adekvat aparmır. Xüsusilə “TikTok”da gördüklərimiz yalnız təəssüf doğura bilər. ABŞ-da yeni qanunda valideyn məsuliyyəti qabardılır. Bizim ölkədə məhz valideynlərin məsuliyyətsizliyi iyrənc mənzərə yaradır. Uşaqlar 14-15 yaşa qədər heç bir halda sosial mediaya yaxına buraxılmamalıdır. Buna ciddi nəzarət olunmalıdır. Qaydalara uymayan valideynlərlə profilaktik söhbət aparılmalıdır. Özünü uyğun aparmayan təkcə Sadiq Mirzəyev deyil. “TikTok”da canlı yayımda uşağını söyən onlarla valideyn var. Həmin valideynlərin cəzalanmasına normal yanaşmalıyıq.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13724
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11338
Helikopterin qalıqları tapılıb
8825
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7944
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6954
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6662
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5159
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4681
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4083
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3819
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3814
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3533
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2798
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Azərbaycan nefti ucuzlaşdı
1612
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1602
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1401
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351