AZ

İtkin düşən prokurorun meyiti tapıldı

Rusiyanın Lipetsk vilayətində əvvəllər yoxa çıxan nəqliyyat prokurorunun rəis müavini Sergey Konyayev ölü tapılıb.

32gun.az Lent.az-a istinadla bildirir ki, Konyayevin 150 min dollara yaxın borcu olub.

Prokurorun aprelin 21-də itkin düşdüyü bildirilir. Konyayev sonuncu dəfə aprelin 18-də Yeletsdə, evindən çıxıb işə getmək üçün maşınına minən zaman görülüb və bir daha geri qayıtmayıb.

İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açıb. Prokurorun nəqliyyat üzrə müavini bütün rayonda axtarışa verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
3
Mənbələr
Şərh ()
Bağla