AZ

Gecə yarısı tələbələr universitetin binasında aksiya keçirdi - Qovulmaqla hədələndilər

ABŞ-ın Kolumbiya  Universiteti akademik kollecin yerləşdiyi Hamilton Hall da daxil olmaqla bir neçə universitet binasını ələ keçirmiş Fələstin tərəfdarı fəalları ölkədən çıxarmaqla hədələyir.

32gun.az bildirir ki, bu barədə Reuters məlunat yayıb .

Agentliyin məlumatına görə, tələbələr aprelin 30-da gecə yarısından az sonra pəncərələri sındıraraq Hamilton Hall-u zəbt ediblər. Onlar Qəzza zolağında həyatı faciəvi şəkildə qısalmış altı yaşlı fələstinli uşağın şərəfinə binanın adını dəyişdirərək “Hinds-hall” yazılmış pankart asıblar.

Bundan əlavə, etirazçılar binanın girişini mebellərlə bağlayıb, əl-ələ tutaraq barrikada qurub, Fələstin tərəfdarı şüarlar səsləndiriblər.

Universitetin sözçüsü Ben Çanq tələbələrin “qəbuledilməz vəziyyət” yaratdığını və təhlükəsizlik və asayişin qurumun prioriteti olduğunu bildirib. O, belə hərəkətlərin davam etdirilməsinin qovulma ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Etiraz liderlərindən biri Mahmud Xəlil vasitəçilər vasitəsilə universitet nümayəndələri ilə əlaqə saxladığını təsdiqləyib. O qeyd edib ki, tələbələr rəhbərlik tərəfindən diqqətdən kənarda qaldığını hiss edərək radikal üsullara əl atmağa məcbur olublar.

The New York Times (NYT) qəzetinin məlumatına görə, Hamilton Hallda 60-a yaxın etirazçı var. Polis binanı ələ keçirməzdən əvvəl universitet ərazisindəki çadır şəhərciyini tərk etməkdən imtina edən 30-a yaxın tələbəni saxlayıb.

ABŞ-da etirazlar İsrailə yardımın çatdırılmasından sonra daha da mürəkkəbləşib . Universitet ərazisindəki düşərgənin dağıdılması zamanı 108 nəfərin saxlanması ölkə daxilində kütləvi tələbə nümayişlərinə səbəb olub. Etirazların bəziləri dinc, digərləri isə toqquşma və zorakılıqla müşayiət olunub.
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
Mənbələr
Şərh ()
Bağla