AZ

Dron texnologiyasını Rusiyaya ötürdüyünü etiraf edib

Nyu-York sakini Amerikanın ikili istifadə texnologiyalarının Rusiya şirkətlərinə qanunsuz ötürülməsini təşkil etdiyini etiraf edib.
32gun.az bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinə  məlumat verib .

Departamentin məlumatına görə, Nyu-Yorkda yaşayan Nikolay Qriqoryev Bruklin federal məhkəməsində  Rusiyanın hərbi pilotsuz təyyarələrində istifadə olunan ikili təyinatlı elektronikanın ABŞ- dan qeyri-qanuni ixracı üçün sui-qəsddə  günahını etiraf edib.

Ümumilikdə, Amerika hüquq-mühafizə orqanlarının məlumatına görə, Rusiyaya 250 min dollar dəyərində texnologiya tədarük edilib.

Qriqoryev beş il müddətinə həbs oluna bilər. Məhkəmə hələlik onun hökmü üçün vaxt təyin etməyib.
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
1
Mənbələr
Şərh ()
Bağla