AZ

4 gündə 600-dən çox Tacikistan vətəndaşı paytaxt Moskva limanından deportasiya edilib

Yüzdən çox Tacikistan vətəndaşı Vnukovodan deportasiya olunacağını gözləyir və 643 nəfər artıq evlərinə göndərilib. Moskvanın digər hava limanlarında da vəziyyət oxşardır.
“32gun.az bildirir ki, “Asia-Plus” media qrupu məlumat yayıb.

 Aprelin 26-dan aprelin 30-dək Tacikistanın üç mindən çox vətəndaşı Vnukovoya uçub. Onların təxminən dörddə biri keçid məntəqəsindən buraxılmayıb və nəşrin qeyd etdiyi kimi, “müvafiq şərait olmadan uzun müddət saxlandıqdan sonra” deportasiya edilib.
Media qrupunun mənbələri əlavə edir ki, Şeremetyevo, Jukovski və Domodedovoda vəziyyət təxminən eynidir.
Bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi Rusiya səfirinə öz vətəndaşlarının hüquqlarının pozulmasına işarə edən nota verib. Bundan sonra iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub və orada Rusiya tərəfinin gördüyü tədbirlərin xarakterinin müvəqqəti xarakter daşıdığı və konkret millətə və ya dinə qarşı yönəlmədiyi bildirilib.
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
1
Mənbələr
Şərh ()
Bağla