AZ

Universitetinin yataqxanasında baş verən partlayış - İnsanlar kütləvi evakuasiya edildi

Axşam saatlarında Moskvada Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) yataqxanasında insident baş verib və bu hadisə təhlükəsizlik orqanlarının operativ reaksiyasına səbəb olub.
32gun.az RİA Novosti-yə istinadən bildirir ki, hadisə yerinə beş yanğınsöndürən maşın göndərilib. 12 saylı binanın sakinlərinin təxliyyəsi yerli vaxtla saat 22:30 radələrində başlayıb.
Şahidlərin dediyinə görə, hər şey güclü partlayışla başlayıb, bundan sonra yanğın siqnalı işə düşüb. Şahidlər onu da qeyd ediblər ki, bir neçə mərtəbədə yanıq iyi hiss olunur.
Fövqəladə Hallar Nazirliyinin paytaxtın baş idarəsindən aydınlıq gətirilib ki, hadisəyə səbəb liftin elektrik avadanlıqlarında yaranan qısaqapanma olub. Hadisənin ciddiliyinə baxmayaraq, yanğına səbəb olmayıb və xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda vəziyyət nəzarət altındadır, bütün zəruri yoxlamalar aparılır və mümkün nəticələrin qiymətləndirilməsi aparılır.

Ayxan 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
1
Mənbələr
Şərh ()
Bağla