AZ

“Taliban” daha çox turist cəlb etmək istəyir

“Taliban”

“Taliban” hərakatı hər il minlərlə xarici turistin Əfqanıstana səfər etməsinə çalışır. Xarici səyahətçiləri cəlb etmək üçün hətta Kabildə əfqanlara turizm biznesinin incəliklərini öyrədəcək ixtisaslaşmış təhsil müəssisəsi də yaradıblar.

Reyting.az
“Independent”ə istinadla yazır ki, “Taliban” tərəfindən idarə olunan ilk turizm kursunda təxminən 30 kişi var.

Xatırladaq ki, 2021-ci ildə Əfqanıstana 691 xarici turist səfər edibsə, 2022-ci ildə bu rəqəm 2300, 2024-cü ildə isə 7 min nəfər olub.

Kabil Turizm İdarəsinin rəhbəri Məhəmməd Səidin sözlərinə görə, ölkəyə xarici turist Çindən gəlir.

“Onlar mənə dedilər ki, Pakistana getmək istəmirlər, çünki bu təhlükəlidir və hücuma məruz qalırlar. Yaponlar da bunu mənə dedilər. Bu, bizim üçün yaxşıdır”, - Səid deyib.

Bununla belə, Əfqanıstana səfər etmək istəyən əcnəbilər bir sıra problemlərlə üzləşirlər. Ora viza almaq çətin və baha başa gəlir, çünki “Taliban” hakimiyyətə gələndən bəri bir çox ölkə Əfqanıstanla əlaqələri kəsib və onları ölkənin qanuni hakimiyyəti kimi tanımır. Həmin ölkələrdə Əfqanıstan səfirlikləri ya bağlanıb, ya da fəaliyyətini dayandırıb.

Problemi həll etmək üçün “Taliban” turistlərə viza vermək istəsə də, bu prosesin düzəlməsi üçün illər lazım ola bilər.

Eyni zamanda, ölkənin bəzi yerlərində yarı asfaltlanmış və ya mövcud olmayan yol şəbəkəsində də problemlər var və aviaşirkətlər əsasən Əfqanıstanın hava məkanından yayınırlar.

Paytaxt Kabil ən çox beynəlxalq uçuşlara ev sahibliyi edir, lakin Əfqanıstanın heç bir hava limanında Çin, Avropa və ya Hindistan kimi böyük turizm bazarlarına birbaşa marşrut yoxdur.

V. QULİYEV
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla

Reytinq