AZ

Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Mədəniyyət

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

Mədəniyyət Nazirliyin 1news.az-a verilən məlumata görə, “Bakı Prosesi” çərçivəsində Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Mədəniyyət naziri Adil Kərimli Forum çərçivəsində İordaniya şahzadəsi xanım Dana Firas və Səudiyyə Ərəbistanının mədəniyyət naziri – Təhsil, Mədəniyyət və Elm üzrə Milli Komitənin sədri Şahzadə Bədr bin Abdullah bin Fərhan ilə görüşüb.
Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdıran nazir mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və hüquqi bazanın mövcud olduğunu deyib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə İordaniya Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 2010-cu ildə İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Ölkəmizdə təşkil edilən bir sıra beynəlxalq incəsənət layihələrində İordaniya da təmsil olunur.
Adil Kərimli deyib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının rəhbərləri arasında mövcud olan səmimi dostluq münasibətləri əməkdaşlıq əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərir. Bildirilib ki, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var. Bu kontekstdə qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı şahzadə xanım Dana Firas və mədəniyyət naziri Bədr bin Abdullah bin Fərhan bu mötəbər tədbirdə iştiraklarından məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan mədəniyyətlərarası dialoqa, həmçinin İslam həmrəyliyinə mühüm töhfələr verir, ikitərəfli və beynəlxalq təşkilatçılar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrini daha da dərinləşdirir.
Görüşdə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
84
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20957
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19299
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18241
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17629
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16711
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16498
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16090
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15451
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11933
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8885
"Zaur, yenə çaşdın..." - VİDEO
8853
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8166
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7487
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7138
Minimum əmək haqqı nə qədər arta bilər?
7071
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6316
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5735