AZ

İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb

İstanbulda

İstanbul, 1 may, Günel Karatepe, AZƏRTAC

İstanbulun Taksim meydanında 1977-ci ildəki 1 May nümayişi zamanı baş vermiş qarşıdurma nəticəsində həyatını itirənlərin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Hak-İş Konfederasiyası İcraiyyə Komitəsi tərəfindən keçirilən tədbirdə 47 il bundan əvvəl həlak olanların xatirəsi yad edilib. Meydanda yerləşən “Taksim Respublika Abidəsi” önünə gül dəstələri və çələng qoyulub.

Anım mərasimində çıxış edən Konfederasiyanın rəhbəri Mahmut Arslan bu günün Türkiyə üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, hadisə qurbanlarının xatirəsinin türk xalqının qəlbində daim yaşadığını bildirib.

Qeyd edək ki, 1 May - Əmək Və Zəhmətkeşlər Bayramı ilə əlaqədar İstanbulun müxtəlif bölgələrində, xüsusilə mərkəzi rayonlarında bir çox qadağalar tətbiq edilir. İstanbul valiliyindən verilən məlumata görə, bu gün sərnişin nəqliyyatının, o cümlədən metro və gəmilərin şəhərin mərkəzi bölgələrinə səfərləri təxirə salınıb. Bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb, avtomobil dayanacaqları fəaliyyət göstərmir. İstanbulun mərkəzində tədbirlərin keçirilməsi qadağan edilib.

Xatırladaq ki, 1977-ci il mayın 1-də Taksim meydanında baş verən qarşıdurma nəticəsində 34 nəfər həlak olmuş, 136 nəfər yaralanmışdı.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22168
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19530
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18403
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17870
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17530
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17384
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16310
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15741
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12227
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10114
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8907
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8120
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7731
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7386
Minimum əmək haqqı nə qədər arta bilər?
7157
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5881